Yunanıstan sahillərində 5 maqnitudalı zəlzələ baş verib

Agah.az xəbər verir ki, Yunanıstan sahillərində 5 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri İya şəhərindən (Tira adası) 40 km şimal-şərqdə, ocağı isə 14 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.