Prezident İlham Əliyev İcbari Tibbi Sığorta Fondunun 2025-ci il büdcəsini təsdiqləyib

Prezident İlham Əliyev İcbari Tibbi Sığorta Fondunun 2025-ci il büdcəsini təsdiqləyib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev İcbari Tibbi Sığorta Fondunun 2025-ci il büdcəsini təsdiq edən fərman imzalayıb.

Fərmana əsasən, Fondun gəlirləri 2 milyard 571 milyon 690 min manat, əvvəlki illərdə istifadə olunmamış vəsaitlər 370 milyon manat, xərcləri isə 2 milyard 941 milyon 690 min manat məbləğində müəyyən edilib. Ümumilikdə, 2024-cü illə müqayisədə büdcə 4,6 % artırılıb.

Fondun gəlirlərinin əsas mənbələri arasında dövlət büdcəsindən ayırmalar (1 milyard 416 milyon 405 min manat), işəgötürən və işçi tərəfindən ödənilən icbari tibbi sığorta haqları (909 milyon 60 min manat), fiziki şəxslərin ödədiyi sığorta haqları (17 milyon manat), aksiz vergiləri üzrə daxilolmalar (140 milyon 625 min manat) və digər mənbələr yer alır.

Xərclər üzrə əsas istiqamətlər isə icbari tibbi sığorta ödənişləri (2 milyard 655 milyon 722 min manat), TƏBİB-in saxlanma xərcləri (47 milyon 300 min manat), Naxçıvan İcbari Tibbi Sığorta Agentliyinin xərcləri (84 milyon 692 min manat) və sair xərclərdən ibarətdir.

Dostuna göndər xəbərdən agah olsun: