Özbəkistanda “Buxara-Ural” qaz kəmərində yanğın baş verib

Agah.az xəbər verir ki, Özbəkistanın Buxara vilayətində yerləşən “Buxara-Ural” magistral qaz kəmərində yanğın baş verib. Hadisə barədə Özbəkistanın Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, qəzanın 106-cı kilometrliyində, yeraltı hissədə qaz sızması nəticəsində yanğın baş verib. Hazırda hadisənin aradan qaldırılması istiqamətində tədbirlər görülür və ölən, yaralanan yoxdur.
Yanğının yaratdığı vəziyyət tam nəzarətə alınana qədər respublikanın bəzi rayonlarında yanacaqdoldurma stansiyalarının işinə müvəqqəti məhdudiyyət qoyulacaq.
Qeyd edək ki, “Buxara-Ural” qaz kəməri Qazaxıstandan keçməklə Özbəkistandan Rusiyaya qədər uzanır və uzunluğu 4500 km-dən çoxdur. 1966-cı ildən istismarda olan kəmər Özbəkistanın daxili qaz təminatı üçün də istifadə edilir.