Bakıda və Abşeron yarımadasında hava şəraiti: dəyişkən buludlu, yağmursuz

Agah.az məlumat verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, arabir tutulacaq, lakin əsasən yağmursuz keçəcək. Səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə az çiskin gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz isə 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək, 772 mm civə sütunu, nisbi rütubət isə 70-80% olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq, lakin bəzi ərazilərdə arabir duman müşahidə edilə bilər. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti, dağlarda isə gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz isə 0-5° şaxta olacaq. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.