Astarada 8 kiloqram heroin aşkarlandı, qaçaqmalçılıq əməliyyatı ifşa edildi

Astarada 8 kiloqram heroin aşkarlandı, qaçaqmalçılıq əməliyyatı ifşa edildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Astara rayonunda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı 44 yaşlı, əvvəllər məhkum olunmuş Mirtaleh Ağayev saxlanılıb. Onun üzərindən 8 kiloqram heroin aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, M.Ağayev narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edib və müəyyən ünvanlara çatdırmaq üçün razılaşıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun: