Bələdiyyələrin fəaliyyətində ciddi nöqsanlar aşkar edilib

Bələdiyyələrin fəaliyyətində ciddi nöqsanlar aşkar edilib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, 2024-cü il üzrə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə bələdiyyələrin fəaliyyətində bir sıra ciddi nöqsanların mövcud olduğu qeyd edilib.

Məruzədə göstərilir ki, əsas problemlər bələdiyyə torpaqlarının idarə edilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmin edilməsi, habelə ümumi idarəçiliklə bağlıdır.

Təhlillər nəticəsində aşkar edilən nöqsanlar arasında aşağıdakılar var:

  • Bələdiyyə mülkiyyətində olan torpaqların saxta sənədlərlə satılması,
  • Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən təkbaşına əmlakla bağlı qərarların verilməsi,
  • Torpaqların bazar qiymətindən daha aşağı dəyərlə satılması və hərracların şəffaf keçirilməməsi,
  • Yerli vergi və icarə haqlarının yığılması işinin zəif təşkili səbəbindən bələdiyyələrin maliyyə vəziyyətinin pisləşməsi,
  • Bələdiyyə əmlakının mənimsənilməsi və israf edilməsi,
  • Qanunvericilikdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi.

Bildirilib ki, bələdiyyələrlə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsinin tətbiqindən sonra bəzi sahələrdə müsbət irəliləyişlər müşahidə edilsə də, problemlər hələ də qalmaqdadır.

Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.

Dostuna göndər xəbərdən agah olsun: