Ermənistanda kibercinayətlər 50% artıb – Əsas hədəf maliyyə sektoru

Ermənistanda kibercinayətlər 50% artıb – Əsas hədəf maliyyə sektoru
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, 2023-cü illə müqayisədə ötən il Ermənistanda kibercinayətlərin sayı ən azı 50% artıb. Bu cinayətlərin 90%-ni maliyyə fırıldaqları təşkil edib.

Ermənistan İstintaq Komitəsinin Xüsusi Vacib İşlər Baş İdarəsinin Kibercinayətkarlıq və Yüksək Texnologiyalar sahəsində cinayətlərin araşdırılması İdarəsinin rəisi Robert Adilxanyanın sözlərinə görə, 2019-2023-cü illər arasında kibercinayətlərin sayı kəskin artıb. 2019-cu ildə cəmi 100 hadisə qeydə alınmışdısa, 2023-cü ildə bu rəqəm 1 000-ə çatıb. 2024-cü ildə isə bu göstərici ən azı 50% artaraq daha böyük həddə yüksəlib.

Ermənistan Polisinin məlumatına görə, bu artım vətəndaşların kibercinayətlərlə bağlı şikayətlərinin çoxalması və aparılan istintaqlar zamanı yeni cinayətlərin ortaya çıxması ilə izah olunur. Statistikaya əsasən, 4-5 il əvvəl ildə təxminən 300 nəfər bu cinayətlərin qurbanı olurdu, son iki ildə isə bu rəqəm 1 100-ü ötüb.

Dostuna göndər xəbərdən agah olsun: