Rusiyada yaşayış evində yanğın: Bir ailə faciəvi şəkildə həlak olub

Rusiyada yaşayış evində yanğın: Bir ailə faciəvi şəkildə həlak olub
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Rusiyanın Qaraçay-Çərkəz respublikasının Zelençukskaya kəndində fərdi yaşayış evində baş verən yanğın faciəyə səbəb olub. Hadisə nəticəsində beş yaşlı uşaq və onun valideynləri həyatını itirib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Hazırda Rusiya İstintaq Komitəsinin əməkdaşları yanğının başvermə səbəblərini araşdırır.

Dostuna göndər xəbərdən agah olsun: