Bakı-Sumqayıt şosesində yol qəzası və nasaz avtomobil sıxlığa səbəb olub

Agah.az xəbər verir ki, Bakı-Sumqayıt şosesində baş verən yol-nəqliyyat hadisəsi və nasaz avtomobilin hərəkəti məhdudlaşdırması səbəbindən ciddi sıxlıq yaranıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, yol qəzası Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşısında qeydə alınıb. Hadisə nəticəsində metronun “20 Yanvar” stansiyası istiqamətində avtomobil sıxlığı müşahidə olunur.
Bundan əlavə, eyni ərazidə texniki nasazlıq səbəbindən bir avtomobil yolda qalıb ki, bu da hərəkətə maneə yaradıb. Hazırda müvafiq qurumlar həm qəzaya uğramış, həm də nasaz avtomobilin yoldan götürülməsi və sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görür.