Bakıda 47 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Bakıda 47 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, fevralın 8-də Bakının Binəqədi rayonunda dəhşətli bir faciə baş verib. 1978-ci il təvəllüdlü Elgün Cərulla oğlu Babayev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. Hadisə saat 13 radələrində Binəqədi rayonu, H.Ağamalıyev küçəsi, 14 ünvanında baş verib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun: