Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Agah.az xəbər verir ki, fevralın 8-də Goranboy rayonunda ölümcül yol qəzası baş verib. Hadisə saat 16 radələrində rayonun Qızılhacılı kənd sakini, 1995-ci il təvəllüdlü Yusif Ənvər oğlu Orucovun idarə etdiyi “KamAZ” yük avtomobilinin hərəkət etdiyi zaman baş verib.
Y.Orucov, Goranboy-Ağcakənd avtomobil yolunun Yuxarı Ağcakənd qəsəbəsinin ərazisində hərəkət edən zaman idarəetməni itirərək nəqliyyat vasitəsini çaya aşıb. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən ölüb.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb və ibtidai istintaq aparılır.