Azərbaycanda fevralın 10-da hava şəraiti

Azərbaycanda fevralın 10-da hava şəraiti
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, fevralın 10-da Azərbaycanda hava şəraiti əsasən dəyişkən olacaq.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olması, arabir tutulması və əsasən yağmursuz keçməsi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə yağıntının, sulu qarın yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz isə 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə 65-75 % arasında olacaq.

Ölkənin rayonlarında əsasən yağmursuz hava şəraiti hakim olacaq. Lakin dağlıq ərazilərdə az yağıntının, qarın yağacağı ehtimalı mövcuddur. Bəzi yerlərdə arabir duman da müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlıq ərazilərdə isə gecə 7-12° şaxta, yüksək dağlıq bölgələrdə 14-19° şaxta, gündüz isə 3-6° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı mövcuddur.

Dostuna göndər xəbərdən agah olsun: