Sabah Bakıda və rayonlarda hava şəraiti dəyişkən olacaq

Sabah Bakıda və rayonlarda hava şəraiti dəyişkən olacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir. Gün ərzində yağıntının tədricən kəsiləcəyi bildirilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, arabir güclənən şimal-qərb küləyi gündüz saatlarında mülayimləşəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz isə 1-3° isti təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında da hava bəzi yerlərdə arabir yağıntılı keçəcək, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru yağıntılar tədricən kəsiləcək.

Gecə saatlarında və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var. Havanın temperaturu bölgələrdə gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlıq ərazilərdə isə gecə 8-13°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacaq. Gündüz temperatur 3-8° şaxta təşkil edəcək.

Dostuna göndər xəbərdən agah olsun: