Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dağlıq rayonlarda qar yağır.

Yağan qarın hündürlüyü Lerikdə 79 sm, Yardımlıda 23 sm, Qubanın Qrız kəndində 19 sm, Kəlbəcərdə 17 sm, Şahdağda 14 sm, Şuşada 12 sm, Laçında 7 sm, Xaltanda 6 sm, Xankəndində 4 sm, Qusar və Şahbuzda 1 sm təşkil edir.

Bakıda, Abşeron yarımadasında və bəzi bölgələrdə yağış yağır. Yağıntının miqdarı Astarada və Lənkəranda 13 mm, digər bölgələrdə isə 1 mm-dək qeydə alınıb.

Güclü şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 30 m/s, Neftçalada 20 m/s, Şirvanda isə 16 m/s-dək sürətlənib. Neft Daşları stansiyasının məlumatına görə, dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb.

Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Bərdə, Tərtər, Gəncə, Naftalan və Şəmkirdə duman müşahidə olunur, görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan və dağlıq rayonlarda 8 dərəcəyədək, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta olub.

Dostuna göndər xəbərdən agah olsun: