Toz Halında Dərmanların Təhlükələri: Qaraciyər və Böyrəklərə Ziyan Verə Bilər

Agah.az xəbər verir ki, qrip və soyuqdəymə zamanı geniş istifadə edilən toz şəklində dərmanların düzgün istifadə edilməməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Əczaçı Səidə Pənahovanın sözlərinə görə, bu cür preparatlara tələbat xüsusilə respirator xəstəliklər dövründə artır:
“Xəstələr bəzən toz dərmanları 2-3 saat arayla qəbul edirlər, amma bu yanlışdır. İstifadə aralığı ən azı 5 saat olmalıdır.”
Terapevt Sübhan Hacıyev isə nimesulid tərkibli preparatların təhlükəli olduğunu vurğulayıb:
“Bu dərmanlar qeyri-rasional şəkildə qəbul edildikdə qaraciyər, böyrək və mədə-bağırsaq fəaliyyətinə zərər verir. Həkim nəzarəti olmadan belə dərmanlardan istifadə etmək risklidir.”
Həkimlər toz dərmanların tərkibindəki kimyəvi maddələrin allergik reaksiyalara da səbəb ola biləcəyini bildiriblər.
Açar sözlər: toz dərmanlar, nimesulid fəsadları, qaraciyər problemləri, düzgün dərman istifadəsi, allergik reaksiyalar, həkim nəzarəti.