İraqda hərbi helikopter qəzaya uğrayıb, xəsarət alanlar var

Dostuna göndər xəbərdən agah olsun:

İraqda təlim uçuşu həyata keçirən hərbi helikopter qəzaya uğrayıb, iki nəfər xəsarət alıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

İraqın Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə məxsus hərbi helikopterin Əl-Kut hərbi aviasiya bazasında qəzaya uğradığını qeyd edib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)