İqor Noqeyra cəzalandırıldı, klublara cərimə tətbiq edildi

Agah.az xəbər verir ki, “Sabah”ın futbolçusu İqor Noqeyra Misli Premyer Liqasının XXI turunda “Kəpəz”lə oyunda qırmızı vərəqə aldığı üçün AFFA İntizam Komitəsi tərəfindən bir oyunluq cəzalandırılıb.
Bundan əlavə, Bakı klubu legionerin qırmızı vərəqəsinə görə 500 manat cərimələnib.
“Neftçi” – “Şamaxı” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə ödəyəcək. “Araz-Naxçıvan” isə “Sumqayıt”la matçda 4 oyunçusunun sarı vərəqə almasından dolayı eyni məbləğdə cərimələnib.
“Zirə” – “Qarabağ” görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün “Zirə” klubu 800 manat cərimə olunub.