“ChatGPT” yaradıcısından texnoloji inqilab: Smartfonları əvəz edəcək qadcet hazırlanır

“ChatGPT” yaradıcısından texnoloji inqilab: Smartfonları əvəz edəcək qadcet hazırlanır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, “OpenAI” şirkətinin rəhbəri Sem Altman və “Apple”ın keçmiş dizayneri Coni Ayv ənənəvi smartfonlara alternativ ola biləcək innovativ süni intellekt cihazı üzərində çalışırlar.

Altman cihazın təqdimatını elan edərək qeyd edib ki, süni intellektin inkişafı kompüterlərlə qarşılıqlı əlaqədə fundamental dəyişikliklər tələb edir. Gələcəyin interfeys elementinin məhz səs əmrləri olacağını vurğulayan Altman hazırlanan cihazın əsasən səs vasitəsilə idarə olunacağını bildirib.

Qeyd edək ki, əvvəllər də “Humane AI Pin” və “Rabbit R1” kimi qadcetlər ictimaiyyətə təqdim olunsa da, bazarda uğur qazana bilməyib.

Ekspertlər isə “OpenAI” tərəfindən hazırlanacaq bu yeni cihazın tamamilə unikal konfiqurasiya təqdim edəcəyini və mövcud analoqlardan fərqlənəcəyini düşünürlər.

Sem Altman həmçinin vurğulayıb ki, şirkət cihazın məhsuldarlığını artırmaq üçün öz mikroçiplərini hazırlayır. Bu texnoloji həll cihazın yüksək performanslı və uzun müddət avtonom işləməsinə şərait yaradacaq.

Açar sözlər: ChatGPT qadceti, OpenAI yenilikləri, Sem Altman texnologiya, smartfon alternativləri, süni intellekt cihazı

Dostuna göndər xəbərdən agah olsun: