Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü

Agah.az xəbər verir ki, Bakının Xəzər rayonu, Qala qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobil ilə 2003-cü il təvəllüdlü Nazim Musayevin sürdüyü “Toyota Prius” markalı avtomobilin toqquşması nəticəsində dəhşətli faciə yaşanıb.
Qəza nəticəsində “Saipa” markalı avtomobildə olan sərnişinlər Polad Salmanov və Rövşən Hüseynov, eləcə də “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində dünyasını dəyişiblər.
Hadisədən sonra “Toyota Prius”un sürücüsü ərazidən qaçıb.
Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Açar sözlər: Bakıda yol qəzası, avtomobil toqquşması, üç nəfərin ölümü, Toyota Prius qəzası, Saipa markalı avtomobil qəzası