Laçında yük avtomobili aşıb: Ölən var

Laçında yük avtomobili aşıb: Ölən var
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Laçının Pircahan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı 1977-ci il təvəllüdlü Aslan Vaqif oğlu Nağızadənin idarə etdiyi “Howo” markalı yük avtomobili hərəkət zamanı idarəetməni itirərək aşıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

Açar sözlər: Laçın qəza xəbəri, yük avtomobili qəzası, Pircahan kəndi qəza, sürücü ölümü, ağır yol qəzası

Dostuna göndər xəbərdən agah olsun: