Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanıldılar

Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanıldılar
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən Xəzər dənizində keçirilən birgə əməliyyat nəticəsində ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi planı ifşa olunub.

Əməliyyat zamanı Sumqayıt sahilində İran vətəndaşları Qaffar Qızıl (32 yaş) və Behzat Qaranejat (34 yaş) saxlanılıblar. Onların idarə etdikləri “Yamaha” mühərrikli qayıqda 11 kq 680 qram marixuana, 1 kq 510 qram heroin və 4400 ədəd metadon həbi aşkar edilib.

İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslər İranın Gümüşan vilayətindən götürdükləri narkotikləri Xəzər dənizinin neytral zonasından istifadə edərək Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirmək niyyətində olublar.

Qaffar Qızıl və Behzat Qaranejatın balıqçılıq fəaliyyəti adı altında narkotik qaçaqmalçılığı ilə məşğul olan əsas şəxslərdən olduğu müəyyən edilib. Hazırda dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Açar sözlər: Xəzər narkotik qaçaqmalçılığı, Sumqayıt əməliyyatı, İranlı balıqçılar, qaçaqmalçılıq xəbəri, DİN və DSX əməliyyatı

Dostuna göndər xəbərdən agah olsun: