Sumqayıtda rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı

Sumqayıtda rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olan narkoloji xəstələrin ümumi sayı 5 min 695 nəfər təşkil edir.

Müəssisədən verilən məlumata görə, narkotik istifadəçilərinin sayı 4 min 145 nəfərdir ki, onlardan 97-si qadındır.

Bundan əlavə, dispanserdə alkoqolizm diaqnozu ilə qeydiyyatda olan 1 550 nəfər mövcuddur, onlardan 24-ü qadındır.

Mütəxəssislərin bildirdiyinə görə, narkoloji xəstələrin və narkotik istifadəçilərinin böyük hissəsi 20-45 yaş aralığında olan şəxslərdir.

Dostuna göndər xəbərdən agah olsun: