Ərdoğan: Türk dünyası əməkdaşlığının inkişafına böyük önəm veririk

Agah.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin görüşünü Türk dünyası dövlətləri arasında əməkdaşlığa rəsmi Ankaranın verdiyi dəyərin göstəricisi kimi dəyərləndirib.
Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan Türk dünyasının böyük mütəfəkkiri İsmayıl Qaspiralının “dildə, əməldə, işdə əməkdaşlıq” prinsipinə xüsusi önəm verdiklərini vurğulayıb.
Türkiyə lideri bu üçtərəfli əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri yanvarın 29-da Ankarada görüşüblər.