İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın silah anbarlarını məhv edib

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın silah anbarlarını məhv edib
Dostuna göndər xəbərdən agah olsun:

İsrail Müdafiə Ordusu Livanın cənubunda “Hizbullah” hərəkatının bir neçə silah anbarını aşkarlayaraq məhv edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“769-cu və 7-ci briqadalar İsraillə Livan arasındakı razılaşmalara uyğun olaraq və bu bölgədə əməliyyat nailiyyətlərini qorumaq üçün Livanın cənubunda müdafiə əməliyyatlarını davam etdirir. 769-cu briqadanın qoşunları minaatan mərmilər, raketlər, reaktiv mərmilər, partlayıcı maddələr, odlu silahlar və çoxlu sayda hərbi texnikanın olduğu bir neçə silah anbarı aşkar ediblər. Bütün silahlar müsadirə, anbarlar isə məhv edilib”, – məlumatda bildirilib.

Həmçinin bu bölgədə bir neçə “Hizbullah” terrorçusu öldürülüb və qoşunlar üçün təhlükə yaradan şübhəli şəxslər saxlanılıb.

Dostuna göndər xəbərdən agah olsun: