Prezident İlham Əliyev Üzeyir Hacıbəylinin 140 İlliyinin Qeyd Edilməsi Haqqında Sərəncam İmzalıb

Prezident İlham Əliyev Üzeyir Hacıbəylinin 140 İlliyinin Qeyd Edilməsi Haqqında Sərəncam İmzalıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncamda Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığı və Azərbaycan mədəniyyətinə töhfələri yüksək qiymətləndirilib. O, həm Şərqdə ilk operanın yaradıcısı, həm də milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirən sənətkar kimi tanınır. Hacıbəylinin dünya musiqi irsinə qatdığı nadir əsərlər və Azərbaycan mədəniyyətinə beynəlxalq səviyyədə qazandırdığı şöhrət də vurğulanıb. Hacıbəylinin dramaturgiyaya verdiyi töhfələr və alovlu publisistikası ilə mətbuat tarixində yeni səhifələr açması da qeyd olunub.

Sərəncamda Mədəniyyət, Elm və Təhsil nazirliklərinə və Azərbaycan Milli Elmlər Akademiyasına Hacıbəylinin 140 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Dostuna göndər xəbərdən agah olsun: