Azad edilmiş ərazilərdə daha 29 mina aşkarlanıb
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 29 mina aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, sentyabrın 11-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 11 mina və 40 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bundan əlavə, 379,9 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45