Qaraçuxurda ahıl cütlük dəm qazından zəhərlənərək öldü

Agah.az xəbər verir ki, Bakıda ahıl kişi və həyat yoldaşı faciəli şəkildə həyatını itirib. Hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib.
1936-cı il təvəllüdlü İsax Səfərəliyeva və 1941-ci il təvəllüdlü Şeyda Səfərəliyeva yaşadıqları evdə dəm qazından zəhərlənərək vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Bakıda dəm qazı faciəsi, ahıl cütlük ölüb, Qaraçuxur dəm qazı, dəm qazından zəhərlənmə.