Azərbaycan stolüstü tennisçiləri Qazaxıstanda təlim-məşq toplanışında olacaq
Azərbaycanın stolüstü tennisçiləri, fevralın 3-dən 11-dək Qazaxıstanda beynəlxalq təlim-məşq toplanışına qatılacaq. Agah.az xəbər verir ki, yığma üzvləri, o cümlədən Hilal Həsənov, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Ləman Abdulhəmidova və Arzu Aslanova, baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında Astana şəhərinə yola düşüblər. Təlim-məşq toplanışı, qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədini daşıyır.