Azərbaycan və Pakistan 2 milyard dollarlıq investisiya sazişi imzalayacaq

Agah.az xəbər verir ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Müvafiq sazişlər Pakistan Baş naziri Şahbaz Şərifin ayın sonunda Bakıya gözlənilən səfəri zamanı imzalanacaq.
Pakistanın özəlləşdirmə, investisiya və rabitə naziri Abdul Alim Xan bildirib ki, Baş nazir Şahbaz Şərif Mərkəzi Asiya ölkələrinə səfər edəcək və bu çərçivədə Azərbaycanla investisiya müqavilələri imzalanacaq.
Saziş çərçivəsində əsasən neft və qaz kəşfiyyatı, bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı sahələrində əməkdaşlıq nəzərdə tutulur.
Qeyd edək ki, ötən gün SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistanın investisiya naziri Alim Xan ilə görüşüb.