Qaziantepdə ağır yol qəzası: 1 ölü, 19 yaralı

Agah.az xəbər verir ki, Türkiyənin Qaziantep şəhərində avtobus, minik avtomobili və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 20 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, lakin onlardan biri həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır.