Manevr zamanı işıq siqnalı verməyən sürücülərə tətbiq edilən cərimə məbləği açıqlandı

Manevr zamanı işıq siqnalı verməyən sürücülərə tətbiq edilən cərimə məbləği açıqlandı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Azərbaycanda sürücülərin sağa və ya sola dönmə zamanı dönmə işıq siqnallarından istifadə etməməsi inzibati məsuliyyət yaradır.

İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, hərəkət zamanı düzgün manevr etmə qaydalarının pozulması, o cümlədən dönmə işıq siqnalından istifadə edilməməsi 40 manat məbləğində cərimə ilə nəticələnir.

Yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə mütəxəssislər sürücüləri bütün manevrlər zamanı işıq siqnallarından istifadə etməyə çağırır.

Açar sözlər: dönmə işıq siqnalı cəriməsi, manevr qaydaları, yol təhlükəsizliyi, 40 manat cərimə

Dostuna göndər xəbərdən agah olsun: