İşıq cihazları işləməyən nəqliyyat vasitəsini idarə edənlərə 50 manat cərimə

Agah.az xəbər verir ki, Azərbaycanda xarici işıq cihazları nasaz olan nəqliyyat vasitəsinin idarə olunması inzibati qaydada cəzalandırılır.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin işıq cihazları işləməz vəziyyətdədirsə və bu nasazlıq dərhal aradan qaldırıla bilmirsə, həmin avtomobilin istismarı qadağandır.
Bu qaydanın pozulması halında sürücülər 50 manat məbləğində cərimələnir.
Mütəxəssislər yol hərəkəti zamanı işıq cihazlarının işlək vəziyyətdə olmasının təhlükəsizliyə birbaşa təsir etdiyini vurğulayır və sürücüləri bu məsələyə diqqət yetirməyə çağırır.
Açar sözlər: işıq cihazları nasaz avtomobil, nəqliyyat vasitəsi cəriməsi, yol təhlükəsizliyi, 50 manat cərimə