Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırıldı

Agah.az xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi əlverişsiz hava şəraiti səbəbindən Çanaqqala (Dardanel) boğazında gəmilərin hər iki istiqamətdə hərəkətinin müvəqqəti dayandırıldığını açıqlayıb.
Nazirliyin məlumatına görə, bölgədə qatı dumanın hökm sürməsi dəniz nəqliyyatının təhlükəsizliyini riskə atdığı üçün bu addım atılıb. Gəmilərin hərəkətinin nə zaman bərpa olunacağı isə hələlik məlum deyil.
Açar sözlər: Çanaqqala boğazı, Dardanel boğazı, qatı duman, Türkiyə dəniz nəqliyyatı, hava şəraiti, gəmilərin hərəkətinin dayandırılması.