Suriyada minalanmış avtomobil partladı: 3 nəfər həlak oldu

Suriyada minalanmış avtomobil partladı: 3 nəfər həlak oldu
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Suriyanın Hələb vilayətindəki Mənbic şəhərində minalanmış avtomobilin partlaması nəticəsində azı 3 nəfər həyatını itirib.

“Əl-İxbariyyə” telekanalının məlumatına görə, partlayış şəhərin mərkəzindəki dairəvi yolun kənarında baş verib.

Xatırladaq ki, ötən il noyabr ayında silahlı müxalifət qrupları Suriya Ordusuna qarşı genişmiqyaslı hücumlara başlayıb. Dekabrın 8-də müxaliflər Dəməşqə daxil olub, nəticədə hökumət qüvvələri şəhəri tərk edib.

Suriya Prezidenti Bəşər Əsəd istefa verərək ölkəni tərk edib. 2024-cü ilin yanvarında İdlib vilayətində qurulan Qurtuluş Hökumətinə Məhəmməd əl-Bəşir başçılıq edir. Suriyanın faktiki lideri isə “Hayat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əhməd əş-Şaraa hesab olunur.

Açar sözlər: Mənbic partlayışı, Hələb terror hadisəsi, Suriya müxalifət qrupları, Bəşər Əsəd istefası, Əhməd əş-Şaraa, Qurtuluş Hökuməti.

Dostuna göndər xəbərdən agah olsun: