DYP sürücülərə və piyadalara dumanlı hava ilə bağlı xəbərdarlıq edib

DYP sürücülərə və piyadalara dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar gecə və səhər saatlarında yollarda görünüş məsafəsi məhdudlaşıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə və piyadalara xəbərdarlıq edib. Bildirilib ki, qatı duman digər hərəkət iştirakçılarının və nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülər sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitələrinin sazlığını yoxlamalı, dayanma, durma, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər.

Eyni zamanda, piyadalara da xəbərdarlıq edilib ki, dumanlı hava şəraitində sürücülərin yolu və yol kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq daha diqqətli olmalıdırlar.

Dostuna göndər xəbərdən agah olsun: