Fevralın 1-nə olan hava proqnozu açıqlanıb

Agah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman və zəif çiskin müşahidə ediləcək. Cənub-şərq küləyi axşam saatlarında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 % olacaq.
Rayonlarda isə əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlıq ərazilərdə isə gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.