Ərdoğan Naxçıvana yola düşüb

Dostuna göndər xəbərdən agah olsun:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb.

Agah.az  report-a istinadən xəbər verir ki, dövlət başçısını hava limanından rəsmi şəxslər yola salıblar.

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Məlumata görə, dövlət başçıları İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışını edəcəklər.

Bundan başqa, Azərbaycan və Türkiyə liderləri Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərk-silah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklər.

Dövlət başçılarının, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparacaqları gözlənilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)