82 plastik cərrahın sənədləri yoxlanılır

82 plastik cərrahın sənədləri yoxlanılır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, ötən ilin dekabrın 27-dən bu günə qədər 82 plastik cərrah sənədlərini Səhiyyə Nazirliyinə təqdim edib.

Nazirliyin məlumatına görə, sənədlər Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası tərəfindən fərdi qaydada yoxlanılacaq.

Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, sənədlərini təqdim etməyən plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.

Dostuna göndər xəbərdən agah olsun: