Ağcabədidə 12 kiloqram narkotik aşkarlanıb, şübhəli şəxs saxlanılıb

Ağcabədidə 12 kiloqram narkotik aşkarlanıb, şübhəli şəxs saxlanılıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 12 kiloqram narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupunun məlumatına görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş 54 yaşlı Elşad Zeynalov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan 12 kiloqram marixuana götürülüb. Məlum olub ki, şübhəli şəxs narkotikləri kultivasiya yolu ilə yetişdirib və satış məqsədilə saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.

Dostuna göndər xəbərdən agah olsun: