İranda TIR qəzası: Üç nəfər həyatını itirdi

Agah.az xəbər verir ki, İranda baş verən ağır yol qəzasında üç nəfər dünyasını dəyişib.
Hadisə yanvarın 30-da İlam-Meyran magistralında qeydə alınıb. Qəza zamanı TIR “Nissan” və “Hyundai” markalı pikap, həmçinin “Pride” markalı minik avtomobili ilə toqquşub.
İlkin məlumatlara görə, hadisəyə TIR-ın əyləc sistemindəki nasazlıq səbəb olub.