Əli Əsədov Almatıda işgüzar səfərdədir

Əli Əsədov Almatıda işgüzar səfərdədir
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş naziri Oljas Bektenovun dəvəti ilə Almatı şəhərində işgüzar səfərdədir.

Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, Almatı Beynəlxalq Hava Limanında Ə.Əsədovu Qazaxıstan Baş nazirinin müavini – hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayev və digər rəsmi şəxslər qarşılayıblar.

Ə.Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək.

O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək.

Dostuna göndər xəbərdən agah olsun: