Deputat: Regionlarda qeyri-hökumət təşkilatlarının sayında ciddi azalma müşahidə olunur

Regionlarda qeyri-hökumət təşkilatlarının sayında ciddi azalma müşahidə olunur.
Bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, əvvəllər Gəncə şəhərində 50-yə yaxın qeyri-hökumət təşkilatı var idisə, indi bu say 3-5-dən yuxarı deyil:
“Hesab edirəm ki, gənclərin mənzil problemi də həll edilməmiş qalır. Gənclərin güzəştli ipotekadan yararlanması üçün müvafiq qanunvericiliyə dəyişiklik lazımdır”.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
