“Alibaba Cloud”un yeni süni intellekti “DeepSeek” kimi rəqiblərini üstələdi
“Qwen2.5-Max” süni intellekt texnologiyalarında “DeepSeek” və “Llama”nı geridə qoydu
Agah.az xəbər verir ki, Çinin “Alibaba Cloud” (Aliyun) texnologiya şirkəti süni intellekt sahəsində yeni “Qwen2.5-Max” modelini təqdim edib. İddialara görə, bu sistem “DeepSeek” və “Meta AI” tərəfindən hazırlanan “Llama” modellərindən üstün xüsusiyyətlərə sahibdir.
Şirkət “Qwen2.5-Max” modelini “DeepSeek-V3” və “Llama-3.1-405B” ilə müqayisə edərək 11 test seriyası həyata keçirib. Nəticələr göstərib ki, Çin texnologiya nəhənginin yeni modeli bütün sınaqlarda rəqiblərinə qalib gələrək güclü kompleks xüsusiyyətlər nümayiş etdirib.
Xatırladaq ki, “DeepSeek” şirkəti yanvarın 20-də “OpenAI”nin “ChatGPT” sistemindən üstün olduğu iddia edilən “R1” çat-botunu təqdim etmişdi. ABŞ texnologiya bazarları bu yeniliyə həssas reaksiya verərək “Nasdaq” indeksində 3%-dən çox eniş, “NVidia” şirkətinin səhmlərində isə 16.86%-lik azalma müşahidə etmişdi.
Açar sözlər: Alibaba Cloud, Qwen2.5-Max, süni intellekt texnologiyaları, DeepSeek, Llama, OpenAI, ChatGPT, texnoloji yarış.
(055) 436-46-45