Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, 18 nəfər ölüb
Cənubi Sudanda təyyarə qəzası nəticəsində 18 nəfər ölüb.
Bu barədə “Miraya” radiosuna istinadən xəbər verir.
Təyyarə Cənubi Sudandakı Uniti neft yatağından uçuş zamanı qəzaya uğrayıb. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla 21 nəfər olub.
“18 nəfər ölüb, daha 3 nəfərin vəziyyəti ağırdır. Ölənlər arasında pilot və köməkçisi də var”, – məlumatda qeyd edilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45