71 saylı DSK sədri: Səsvermə prosesində dairə üzrə hər hansı pozuntu qeydə alınmayıb

71 saylı DSK sədri: Səsvermə prosesində dairə üzrə hər hansı pozuntu qeydə alınmayıb
Dostuna göndər xəbərdən agah olsun:

71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə səsvermə prosesini 659 müşahidəçi izləyir.

71 saylı Dairə Seçki Komissiyasının (DSK) sədri İsa Allahverdiyev açıqlamasında səsvermə başlayan andan seçici aktivliyinin müşahidə olunduğunu deyib.

Onun sözlərinə görə, səsvermə prosesində hər hansı bir qayda pozuntusu barədə müraciət daxil olmayıb:

“71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 52 seçki məntəqəsi var. Ümumilikdə bu dairə üzrə 50 min 48 seçici qeydiyyatdadır. Onlardan 147 nəfəri ilk dəfə səs verəcək. 14 məntəqədə veb-kamera quraşdırılıb. İndiyə qədər hər hansı qayda pozuntusu barədə müraciət daxil olmayıb”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45