Səhər saatlarında ən çox seçici aktivliyi 3 Saylı Babək-Şahbuz-Kəngərli dairəsində olub

Bələdiyyə seçkiləri üzrə səsvermədə səhər saat 10:00-a olan vəziyyətə görə, ən çox seçici aktivliyi 3 Saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsində olub.
“Report”un məlumatına görə, seçici fəallığı ən yüksək olan dairə 18,04 faizdən çox olmaqla 3 Saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsi olub.
Qeyd edək ki, ölkə üzrə orta hesablama ilə seçicilərin 8,38 faizi səs verib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
