Prezident İlham Əliyev: Ermənistan Azərbaycandan Azərbaycana maneəsiz keçidi təmin etməlidir
Agah.az xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı Ermənistanın öhdəliklərini yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid təmin etməsinin vacibliyini vurğulayıb.
“Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar zamanı daim bir məsələni qeyd edirik: Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlama, heç bir maneə olmadan, rahat və azad keçid təmin edilməlidir. Bu, bizim tələbimizdir,” – dövlət başçısı bildirib.
Prezident İlham Əliyev, həmçinin, 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzurun Azərbaycanın əlindən alınmasını xatırladaraq, bunun Azərbaycan xalqına qarşı törədilmiş cinayət olduğunu deyib:
“Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.”
(055) 436-46-45