Geoloji Kəşfiyyat Agentliyi auditor seçir

Geoloji Kəşfiyyat Agentliyi auditor seçir
Dostuna göndər xəbərdən agah olsun:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

 

Sorğuda iştirak haqqı 15 manatdır.

 

İddiaçılar təkliflərini fevralın 12-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 100A ünvanına təqdim edə bilərlər.

 

Təkliflərə fevralın 12-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45