Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı Bakıda müzakirə olunacaq
Agah.az xəbər verir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Beynəlxalq Assosiasiyasının ümumi yığıncağı və işçi qrupunun iclası fevral ayında Bakıda keçiriləcək.
“Qazaxıstan Dəmir Yolları” SC yanında “İnteqrasiya edilmiş Planlaşdırma Direktorluğu”nun direktor müavini Alibi Tulegenovun verdiyi məlumata görə, iclaslarda Orta Dəhlizin potensialının artırılması ilə bağlı məsələlər müzakirə ediləcək.
Görüşdə marşrutun inkişafı, tranzit vaxtının azaldılması, əməliyyatların əlaqələndirilməsi və gözlənilməz gecikmələrin qarşısını almaq üçün tədbirlər nəzərdən keçiriləcək. Eyni zamanda, əvvəlki dövrün nəticələri təhlil ediləcək və strateji prioritetlər müəyyənləşdiriləcək.
(055) 436-46-45