FHN əməkdaşlarının maaşı artırıldı
Agah.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Fərman 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi və Maliyyə Nazirliyinə Fərmandan irəli gələn məsələlərin həlli üçün müvafiq tədbirlər görmək tapşırılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45